Bakının "Bakıkart"sız dayanacaqları - Bu ərazidə niyə aparat qoyulmur? (FOTOLAR)


17:41     13 Mart 2019 2019/03/2_3104968274.jpg


Bakıda H.Cavid prospekti ilə Ə.Haqvediyev küçələrinin kəsişmələrində 4 avtobus dayanacağı olsa da, heç birində "Bakıkart" balansını artırmaq mümkün deyil.

Femida.az xəbər verir ki, bir dayanacaqda aparat işləmir, üç dayanacaqda isə ümumiyyətlə aparat yoxdur.


"Bu 4 dayanacaqdan heç birində də kartın balansını artırmaq üçün terminal yoxdur. Musabəyov parkından Elmlər Akademiyasına qədər yalnız bir yerdə terminal var, o da işləmir", - deyə sakinlər şikayət edib. Onlar bildirir ki, əlində kart ola-ola başqasından xahiş edirlər ki, onların əvəzinə ödəniş etsinlər.

Qeyd edək ki, Ə.Haqverdiyev küçəsinin üzərində bu əraziyə ən yaxın iki dayanacaqda da eynilə balans artırmaq üçün aparat yoxdur. Ərazidəki sakinlər bunun üçün ən yaxşı halda "Elmlər Akademiyası" metrosuna getdiklərini bildirirlər.

Sözügedən ərazidən fotyoları təqdim edirik:








(Ə.Haqverdiyev küçəsində yerləşən dayanacaqdakı bu aparat uzun müddətdir ki, işləmir)

Amin Nəzərli

Femida.az

Açar sözlər: #BNA   #Bakı   #Yasamal   #avtobus   #nəqliyyat   #Bakıkart  

Oxunub: 1318