Külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb


19:11     13 Mart 2019 narkotik0.jpg

Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.

Bu barədə Femida.az-In Muğan bürosuna DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumata verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini İlqar Nəzərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə təmiz çəkisi 104,641 qram narkotik vasitə tiryək və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,167 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 344