Peyvənd olunmayan uşaqlarla bağlı QƏRAR - Məktəb və bağçalara getməsi qadağan edildi
20:10 13 Mart 2019
Avropada uşaqların peyvəndlənməsi ilə bağlı məsələ ciddi şəkildə gündəmə gəlib. Hətta İtaliyada peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib.
Femida.az Trend-ə istinadən bildirir ki, bununla bağlı yeni qərar martın 12-i qüvvəyə minib.
Qeyd olunur ki, hər hansı bir uşağın valideyni onun peyvənd olunduğunu təsdiq edə bilməsə, 500 avro məbləğində cərimə olunacaq.
Bu arada Bolonya şəhərində 300-ə yaxın uşağın valideyni peyvənd olunma barədə sənəd təqdim edə bilmədiyi üçün uşaqlar bağçaya buraxılmayıb.
Bundan başqa, bir neçə nəfər peyvənd barədə saxta sənəd hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Femida.az
Oxunub: 805
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"