Mikayıl Cabbarov Yaponiyaya gedib
20:47 13 Mart 2019
Vergilər naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, səfərdə məqsəd iki ölkə arasında işgüzar əlaqələrin genişləndiriməsi və vergi xidmətləri arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək olub.
Səfər çərçivəsində vergilər naziri M.Cabbarov Yaponiya Milli Vergi Agentliyinin rəhbəri Takeşi Fuji ilə görüşüb. Yaponiya Vergi Adiminstrasiyasında keçirilən görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Yaponiyanın vergi xidmətində tətbiq edilən yeni innovativ həllər, rəqəmsal texnologiyalar sahəsində müasir inzibatçılıq alətləri barədə fikir mübadiləsi aparılıb. Yaponiyada rəqəmsal texnologiyaların tətbiqi təcrübəsinin Azərbaycan üçün maraq kəsb etdiyini bildirən vergilər naziri M.Cabbarov bu sahədə təcrübə mübadiləsinin təşkilinin vacibliyini qeyd edib. Tərəflər Yaponiya Vergi Administrasiyasının nəzdində fəaliyyət göstərən Tədqiqiat Akademiyasının təcrübə mübadiləsi işlərinə cəlb edilməsi barədə razılığa gəliblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də əməkdaşlıqla bağlı razılaşma əldə olunub.
Femida.az
Oxunub: 414
Oxşar xəbərlər
- Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Mikayıl Cabbarov xarici ölkələrin sahibkarlarını Azərbaycana dəvət etdi
- Mikayıl Cabbarov İsrailin xarici işlər naziri ilə görüşüb
- Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı açıqlama
- Mikayıl Cabbarovdan SOCAR-la bağlı açıqlama
- Mikayıl Cabbarov iranlı həmkarı ilə görüşüb
- Mikayıl Cabbarov onlayn iclasa qatıldı
- Mikayıl Cabbarovdan gənclərə dəvət - VİDEO
- Mikayıl Cabbarov Moskvada sədr seçildi
- Mikayıl Cabbarovdan ÜDM ilə bağlı sevindirici PROQNOZ