Kanada da hava məkanını “Boeing”ə bağladı


21:15     13 Mart 2019 19_03_13_1552496989.jpg

Kanada hava məkanında müvəqqəti olaraq “Boeing 737 MAX8”in uçuşlarını dayandırıb.

Femida.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri Mark Karno bildirib. Qərar bir neçə gün əvvəl Efiopiyada və İndoneziyada baş vermiş qəzalardan sonra qəbul edilib.

Qeyd edək ki, Ukrayna da “Boeing 737” ilə uçuşları dayandırıb. Martın 10-da “Boeing 737 MAX”ın Efiopiyada qəzaya düşməsi nəticəsində 35 ölkənin 157 vətəndaşı ölmüşdü. Qəzadan sonra Avropa İttifaqı, Türkiyə, İndoneziya, Cənubi Koreya, Çin, Oman, Malayziya, Sinqapur, Avstraliya, Gürcüstan laynerlə uçuşlardan imtina edib.

Açar sözlər:

Oxunub: 398