Ankarada qatar qəzası - Hərəkət iflic oldu

Ankarada qatar qəzası - Hərəkət iflic oldu


09:08     14 Mart 2019 19_03_14_1552540170.jpg


Səhər saatlarında Ankara dəmir yolunda qəza baş verib.


Femida.az Trend-ə istinadən xəbər verir ki, qəza hərəkətdə olan yük qatarının relsdən çıxması səbəbindən baş verib. 4 vaqonun relsdən çıxması nəticəsində yanacaq ətrafa dağılıb.

Qəza səbəbindən dəmir yolu xəttində hərəkət dayanıb. Hadisə yerinə qəza-xilasetmə briqadası cəlb olunub.

İnsident nəticəsində xəsarət alan olmayıb. Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.

Femida.az

Açar sözlər: #Ankara  

Oxunub: 124