VII Qlobal Bakı Forumu işə başlayır
09:52 14 Mart 2019
Bu gün VII Qlobal Bakı Forumu öz işinə başlayır.
Femida.az-ın məlumatına görə, martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 70-dən çox ölkəsindən 450 nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.
Forumun bu gün keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Əfqanıstan Prezidenti Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Moldova Prezidenti İqor Dodon, Montoneqro Prezidenti Mila Dukanoviç və Bolqarıstanın baş naziri Boyko Borisovun çıxışı gözlənilir. Həmçinin İtaliya Prezidenti Sergio Mattarella, Böyük Britaniyanın baş naziri Tereza Mey və BMT baş katibi Antonio Quttereşin forum iştirkçılarına müraciətinin səsələndirilməsi nəzərdə tutulub.
Tədbir çərçivəsində "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu", "Davamlı inkişaf çağırışları", "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" və digər mövzularda panel iclasları keçiriləcək. Əsas panel iclasların biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq.
Femida.az
Oxunub: 383
Oxşar xəbərlər
- İlham Əliyev VIII Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB
- İlham Əliyev VIII Qlobal Bakı Forumunda çıxış edir - CANLI YAYIM
- Kəmaləddin Heydərov İƏT-in VIII Nazirlər konfransında iştirak edib
- Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir
- 62 yaşlı AzTv: "Sən bir nəğmə","ailələr və talelər"...+ NOSTALJİ VİDEOLAR
- Jurnalistlərin VII qurultayı martın 10-da keçiriləcək
- VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
- Qəbələdə VIII Beynəlxalq Musiqi Festivalı başlayıb
- Mehriban Əliyeva VII Qlobal Forumda çıxış etdi
- VIII Beynəlxalq Atatürk konfransı - Azərbaycanda