Miqrasiya Xidmətindən peşəkar tanıtım çarxı - VİDEO


10:05     14 Mart 2019 19_03_14_1552543589.jpg


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qurumun fəaliyyəti ilə bağlı tanıtım video çarxı təqdim edilib.


Tanıtım videosunun hazırlanmasında əsas məqsəd Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, xidmət bölmələri, göstərilən xidmətlər barədə məlumatlılığı artırmaq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına səfər etdikləri zamanı müraciətlərinin düzgün istiqamətləndirilməsinin təmin edilməsidir. Əsas hədəf qrupunun əcnəbilər olması nəzərə alınaraq tanıtım çarxı ingilis dilində hazırlanıb. Çarx həmçinin ölkəmizin turizm, investisiya imkanlarının təşviq edilməsi üzrə məlumatlandırmanın artırılmasına töhfə verir.

Əcnəbilər üçün nəzərdə tutulduğundan, video təbii olaraq, ingilis dilindədir. Amma "youtube"un texniki imkanlarından istifadə olunaraq, azərbaycanca titrlarla da təmin olunub.



Femida.az

Açar sözlər: #miqrasiya  

Oxunub: 425