“Facebook”dakı problemlə bağlı - AÇIQLAMA


10:10     14 Mart 2019 19_03_14_1552543887.jpg

“Facebook”, “Instagram” və “WhatsApp”ın işində yaranan genişmiqyaslı pozuntuya “DDoS” hücumu (kütləvi müdaxilə yolu ilə sistemi çökdürmək məqsədi daşıyan kiberhücum – red.) səbəb olmayıb.

Bu barədə şirkət nümayəndələri “Twitter”də açıqlama yayıb.


Açıqlamaya görə, şirkətin texniki heyəti hazırda problemlərin aradan qaldırılması üzərində çalışır. Analoji ismarıc “Instagram”ın rəsmi “Twitter” səhifəsində də yayılıb.

“Downdetector” xidmətinin yaydığı informasiyaya görə, “Facebook”, “WhatsApp” və “Instagram”ın işində yaranan pozuntu ilə bağlı şikayətlərin sayı son bir neçə saat ərzində əhəmiyyətli dərəcədə azalıb.

Qeyd edək ki, kütləvi pozuntular sosial şəbəkələrin Azərbaycan seqmentində də müşahidə olunub. “Facebook”da pozuntunun pik vaxtı Bakı vaxtı ilə 19:56-da, “Instagram”da isə 19:00-da qeydə alınıb.

Açar sözlər:

Oxunub: 547


Oxşar xəbərlər