Kəmaləddin Heydərov sənədsiz evlərdən danışdı
11:44 14 Mart 2019
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin zəlzələ bölgəsinə səfərləri zamanı xeyli vətəndaş məktubla ölkə başçısına müraciət etdilər. Məktubların 30 faizi zəlzələnin yaratdığı fəsadlar, evlərin bərpası, kupçanın olmaması ilə bağlı olub".
REAL-ın məlumatına görə, bunu “Çoxmənzilli binaların istismarına icazənin verilməsinin sadələşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı keçirilən müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmallədin Heydərov deyib.
Nazir qeyd edib ki, fərmanda öz əksini tapmış qərarların icrası qısa müddətdə təmin ediləcək: "Biz rayonlarda vətəndaş qəbulu keçiririk. Belə görüşlər zamanı məlum olur ki, məsələn, vətəndaş 60 ildir bir evdə yaşayır, lakin onun çıxarışı yoxdur. Ərazi zəbt olunub, ya vətəndaş özü tənbəllik edib, niyə mülkiyyət hüququ haqqında şəhadətnamə almayıb, bütün səbəblər araşdırılmalıdır".
Femida.az
Oxunub: 453
Oxşar xəbərlər
- Kəmaləddin Heydərov təltif olunub
- Kəmaləddin Heydərov Polşa səfiri ilə görüşüb
- Kəmaləddin Heydərov Kubanın ölkəmizdəki səfiri ilə görüşüb
- Kəmaləddin Heydərov İƏT-in VIII Nazirlər konfransında iştirak edib
- Kəmaləddin Heydərovun qəbul vaxtı dəyişdi
- Kəmaləddin Heydərov FHN rəsmilərini topladı - Zəlzələ ilə bağlı
- Kəmaləddin Heydərov Cəlilabada gedir
- Kəmaləddin Heydərov ABŞ səfiri ilə görüşdü
- Kəmaləddin Heydərov hadisə yerində - Zığdakı yanğın söndürülüb
- Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək