Kriminal avtoritetlərin gizli videosu üzə çıxdı:Lotu Hikmət və Mamed Masallı sxodkada nə etdi?

Kriminal avtoritetlərin gizli videosu üzə çıxdı:Lotu Hikmət və Mamed Masallı "sxodka"da nə etdi?


12:26     14 Mart 2019 19_03_14_1552552213.jpg


Femida.az xəbər verir ki, Oxu24.com-un əldə etdiyi məlumata görə, görüntülər illər öncə Ukraynanın Odessa vilayətində qeydə alınıb. Görüntülərdə "oğru aləminin" ən məşhur simaları yer alıb. Onların arasında azərbaycanlı kriminal avtoritetlər də var.Görüntülər 1998-ci ilin sentyabrında qeydə alınıb. Məlumata görə, çox nüfuzlu kriminal avtoritet Karabasin ölümündən sonra "qanuni-oğrular" "sxodka" keçirməyi qərara alıb."Sxodka"da məqsəd Odessanı qanuni-oğrular arasında bölmək olub.Həmin "sxodka"da Odessanın bir hissəsinə nəzarət Azərbaycandan olan avtoritet Odessa Roma kimi tanınan Rahimə verilir.Rahim Bayramlı Ukraynada yaşayan azərbaycanlıların xaç atası hesab edilirdi.Həmin "sxodka" zamanı hazırda dünyasını dəyişmiş Sabirabadlı Hikmət Rahimaə "podxod" edərək ona ad verilməsini təklif edib. Rahim bu adı götürməsə də, Hikmət ona "sən mənim gözümdə Odessa Rahimsən" deyib. Görüntülərdə qeydə alınan bir çox avtoritetlər hazırda həyatda yoxdur. Rahim Bayramlı 2011-ci ildə öldürülüb.Həmin bu "sxodka"zamanı Ukrayna polisi yığıncaq keçirilən məkana basqın etmiş.Azərbaycanlı avtoritetlər arxa qapıdan qaçmağa nail olmuşdu.İllərdir gizli qalan həmin kadrları təqdim edirik:


Açar sözlər: #qanuni_oğru   #Vorlar   #lotu_mamed   #Lotu_Quli  

Oxunub: 2326