Azərbaycan-Kanada əlaqələri müzakirə edilib


13:59     14 Mart 2019 salamlasma.jpg

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev martın 13-də Kanadanın sabiq xarici işlər naziri, Kanada Baş nazirinin Avropa İttifaqı və Avropa məsələləri üzrə xüsusi elçisi, Kanadanın Almaniya Federativ Respublikasındakı səfiri Stefan Dionun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzdən Femida.az-a verilən məlumata görə, VII Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşdə Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, nəticələri, regionun sabitliyi və inkişafına təsiri, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi ilə bağlı qonaqlara məlumat verilib. Həmçinin Kanada ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərindən bəhs olunub, iqtisadi, ticari, infrastruktur, nəqliyyat və digər sahələrdə əlaqələrimizin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Görüşdə səfirliyin xüsusi məsləhətçisi xanım Jenna Renee Martinuzzi, siyasi və iqtisadi məsələlər üzrə müşaviri xanım Stephanie Duhaime və siyasi məsələlər üzrə baş məsləhətçisi xanım Ashley Lefler, eləcə də Kanadanın Azərbaycan və Türkiyədəki səfiri Kris Kuter iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 460


Oxşar xəbərlər