“Ermənistan hökuməti danışıqlar formatını dəyişdirməyə cəhd edir” - İlham Əliyev
14:15 14 Mart 2019
“Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”.
Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində söyləyib. Prezident Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərməyə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb.
Dövlətimizin başçısı bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır.
“Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”, - deyən Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib.
Prezident vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.
Femida.az
Oxunub: 443
Oxşar xəbərlər
- “Ermənistan hərbi cinayətlərinə görə məsuliyyət daşıyır” - XİN rəsmisi
- “Ermənistanın yeni hakimiyyəti çox böyük səhv etdi” - İlham Əliyev
- “Ermənistanın cinayətləri ilə bağlı 70-dən çox cinayət işi başlanılıb” - Baş Prokurorluq
- “Ermənistanda müharibədə ölənlərin ailələrinin birinə də bir mənzil verməyiblər”- İlham Əliyev
- “Ermənistan sülh istəyirsə, delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır”
- “Ermənistanda vəziyyət hər gün daha da pisləşir” - Armen Qevorqyan
- “Ermənistanın siyasi dairələrindən heç bir müsbət açıqlama görmürük”
- “Ermənistan Birinci Qarabağ müharibəsindəki bir çox cinayətlərini gizlədə bilmişdi”
- “Ermənistan Azərbaycan xalqından üzr istəməlidir” - Hikmət Hacıyev
- “Ermənistan müharibədə böyük itkilər verib” - Paşinyan