Ramil Usubov rəisi təqaüdə göndərdi - Yerinə bu şəxsi gətirdi


14:56     14 Mart 2019 19_03_14_1552561101.jpg


Daxili işlər naziri Ramil Usubov yeni polis rəisi təyin edib.


Femida.az unikal.org-a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Gədəbəy Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, Mehman Zeynalov Gədəbəy Rayon Polis şöbəsinin rəisi təyin olunub. O, bu təyinata qədər Mingəçevir Şəhər Polis şöbəsinin rəis müavini olub.

Xəbəri Gədəbəy Rayon Polis şöbəsindən təsdiqləyiblər.

Femida.az

Açar sözlər: #DİN   #polis   #Usubov  

Oxunub: 1034