“Qanuni oğru”lara verilən cəzalar sərtləşdirildi — YENİ QANUN


15:07     14 Mart 2019 19_03_14_1552561729.jpg

Rusiyanın Dövlət Duması üçüncü oxunuşdan sonra "qanuni oğru”lara cəza verilməsi barədə qanun layihəsini qəbul edib.


Femida.az xəbər verir ki, qanun cinayət qruplaşmalarının liderlərinin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Sənədə əsasən, əgər "qanuni oğru” cinayət ierarxiyasında yüksək mövqe tutursa, 8-15 il azadlıqdan məhrum etmə cəzası və 5 milyon rubl cəriməyə məhkum edilə bilər.

Bundan sonra "qanuni oğru”lara şərti cəza vermək və minimum cəza ilə həbsxanaya göndərmək mümkün olmayacaq. Bundan başqa cinayət "razborkaları”nda iştirak etmək də 12-20 il həbs cəzası və 1 milyon rubl cərimə ilə nəticələnə bilər.

Təkcə ötən il Rusiyada 36 "qanuni oğru” saxlanılıb. Onlardan 8-i deport edilib. Hazırda 77 "qanuni oğru” həbsdədir. Bu isə Rusiya ərazisində fəaliyyət göstərən kriminal bossların üçdə biri deməkdir.

Açar sözlər:

Oxunub: 696