Poroşenko administrasiyasının işçisi Kiyevdə ölü tapıldı


15:43     14 Mart 2019 19_03_14_1552563779.jpg

Kiyevin Şevçenkov rayonunda Ukrayna Prezident Administrasiyasının əməkdaşı Aleksandr Buhtatovun cəsədi tapılıb.


“Qafqazinfo”nun “Ukrainskaya pravda”ya istinadən məlumatına görə, onun ölüm səbəbi açıqlanmır.

Kiyev Polis İdarəsinin mətbuat katibi Yaroslov Trakola bildirib ki, məhkəmə ekspertizasından sonra səbəb bəlli olacaq.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd olunur ki, 45 yaşlı Buhtatov Prezident Administrasiyasının İnformasiya Siyasəti Baş İdarəsinin baş məsləhətçisi işləyib.

Açar sözlər:

Oxunub: 480