Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb, pilot ölüb

Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb, pilot ölüb


16:07     14 Mart 2019 2019/03/950c4cd5-58de-4c42-b811-72477a71dbb9_1552565429.jpg

Əlcəzairin şimal-qərbində, Oran əyalətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində pilot ölüb.


Femida.az xəbər verir ki, məlumatı "RİA Novosti” yayıb.

Bildirilib ki, hadisə Tafravi Ali Aviasiya Məktəbində gecə təlim uçuşu zamanı baş verib. Pilot məktəbdə təhsil alırmış.

Qəzaya uğrayan təyyarənin modeli açıqlanmayıb.

Hadisənin səbəbi araşdırılır.

Açar sözlər:

Oxunub: 147