Deputatdan əlilliyin təyin edilməsinə etiraz
17:03 14 Mart 2019
“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanuna dəyişikliklər labüddür”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə “Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə Səhiyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri xatırladıb ki, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanunu 2001-ci ildə qəbul olunub: “Bu müddət ərzində xeyli inkişaf var və böyük işlər görülüb, yeniliklər əldə olunub. Ona görə bu qanun layihəsinə dəyişikliklər labüddür”.
Ə.Əmiraslanov əlavə edib ki, yalnız vərəm deyil, digər xəstəliklərlə bağlı əlilliyin təyin edilməsi üçün uzun müddətli stasionar müalicə alınması tələbi irəli sürülür: "Bu məsələyə yenidən baxmaq lazımdır. Belə çıxır ki, əllilik almaq üçün xəstə uzun müddət xəstəxanada qalmalıdır? Bu, xəstənin özü üçün mənəvi zərərdir. Eyni zamanda dövlət vəsaitinin xərclənməsinə səbəb olur. Bu necə əsaslandırılır? Hanı qanunvericilik aktı ilə tənzimlənir? Necə etmək lazımdır ki, bu qəbildən olan şikayətlər olmasın?".
Oxunub: 471
Oxşar xəbərlər
- Deputatdan qiymət artımına etiraz
- Peyvənd olunan deputatdan vətəndaşlara çağırış
- "Hərbçilərin maaşı artırılsın" - Deputatdan təklif
- Deputatdan qiymət artımına etiraz: "Hər kəs onlar kimi yaşamır"
- Arutyunyanın ölümü gizlədilir - Erməni deputatdan etiraf
- Deputatdan ictimai nəqliyyatın yükünün azaldılması ilə bağlı təklif
- Deputatdan təklif: "Parlament televiziyası yaradılsın"
- "Dilənçilər üçün sığınacaq yaradılsın" - Deputatdan təklif
- "Müəllimlərin minimum maaşı 1000 manat olsun" - Deputatdan TƏKLİF
- "Mart və aprel aylarında kreditlərə cərimə yazılmasın" - Deputatdan təklif