Şahmat millimiz dünya çempionatını qələbə ilə başa vurdu


17:50     14 Mart 2019 19_03_14_1552569590.jpg

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatına yekun vurulub.


Femida.az xəbər verir ki, kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX – sonuncu turda autsayder Misirə 2,5:1,5 hesabı ilə qalib gəlib.

Komandamız səkkiz xal toplayıb və 10 iştirakçı arasında səkkizinci olub.

Rusiya 16 xalla dünya çempionluğunu qazanıb. İngiltərə ikinci, Çin isə üçüncü yeri tutub.

Açar sözlər:

Oxunub: 398