Kamil Zeynallının apellyasiya şikayəti təmin edilməyib


17:45     14 Mart 2019 kamil%20z.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində idmançı Kamil Zeynallının barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.



Femida.az xəbər verir ki, bu barədə "Report"a onun vəkili Aygül Rəfiyeva məlumat verib.

Onun sözlərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, K.Zeynallının apellyasiya şikayəti təmin edilməyib.

Vəkil məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını bildirib.

Xatırladaq ki, qərara əsasən, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar.

K.Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib.

Femida.az

Açar sözlər:

Oxunub: 461