BMT və ISESCO nümayəndələri “ASAN xidmət”də
20:06 14 Mart 2019
14 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Femida.az xəbər verir ki, görüşlərdə tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
ISESCO-nun baş direktoru ilə keçirilən görüş zamanı Dövlət Agentliyi ilə ISESCO arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası istiqamətində fikir mübadiləsi aparılıb. Dövlət Agentliyinin sədri “ASAN xidmət” modelinin ISESCO-ya üzv dövlətlərdə tətbiqi istiqamətində fəaliyyətin davam etdirildiyini və artıq bununla bağlı bir sıra ölkələrlə Anlaşma Memorandumlarının imzalandığını qeyd edib.
ISESCO-nun baş direktoru bu istiqamətdə əməkdaşlığın uğurla həyata keçirilməsinə tərəflərin hazır olmasını müsbət hal kimi diqqətə çatdırıb.
Bundan əlavə, Dövlət Agentliyi ilə ISESCO arasında imzalanmış Birgə Əməkdaşlıq Proqramının implementasiyası istiqamətində müzakirələr də həyata keçirilib.
BMT-nin nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 27 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Sonra qonaqlar “ASAN xidmət” mərkəzi, “ABAD” publik hüquqi şəxs və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olublar.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Femida.az
Oxunub: 532
Oxşar xəbərlər
- BMT-nin Baş katibi Ukraynada səfərdədir
- BMT Baş katibi artan nüvə təhlükəsindən narahatdır
- BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
- BMT Ukraynada mümkün nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib
- BMT yoluxucu xəstəliklərin yayılma riski barədə xəbərdarlıq edib
- BMT baş katibi Ukraynaya səfər edib
- BMT-nin Baş katibi Ukraynadakı vəziyyətlə bağlı dünya ictimaiyyətinə çağırış edib
- BMT: "Rusiya Ukraynaya azı 24 dəfə kasset bombası atıb"
- BMT Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdırmaq üçün komissiya yaradıb
- BMT qətnaməni qəbul etmədi