Şahmat üzrə dünya çempionatı - Komandamız 7-ci oldu


22:03     14 Mart 2019 19_03_14_1552586679.jpg

Astanada Azərbaycanın kişi şahmatçılarının da qatıldığı komandalararası dünya çempionatı başa çatıb.
Komandamız son turda Misir şahmatçılarını 2,5:1,5 hesabı ilə məğlub edib. Doqquz turun yekununda 8 xal toplayan Azərbaycan komandası yeddinci yerə sahib olub.

Rusiya komandası 16 xalla dünya çempionatının qalibi olub. İngiltərə şahmatçıları 13 xalla ikinci, Çin yığması isə 12 xalla üçüncü yeri tutub.

Açar sözlər:

Oxunub: 482