Yerevanda polislə aksiyaçılar toqquşdu, deputat yaralandı - Video


22:21     14 Mart 2019 19_03_14_1552587787.jpg

Yerevanda Milli Akademik Opera və Balet Teatrının yaxınlığında yerləşən kafelərin sökülməsinə qarşı keçirilən etiraz aksiyalarında polislə mitinqçilər arasında toqquşma olub.


Femida.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiyada yaralananların sayı 4 nəfərə çatıb. Daha bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Askiyada yaralananlardan biri də “Çiçəklənən Ermənistan" partiyasının deputatı Naira Zöhrabyandır. O, ayağından zədə alıb.

Qeyd edək ki, kafelərin söküntüsünə dünən səhər saatlarından başlanılıb. Bu isə işçilərin və obyekt sahiblərinin narazılığına səbəb olub.


Açar sözlər:

Oxunub: 255