Türkiyədə fabrikdə güclü yanğın - Zəhərlənənlər var


09:02     15 Mart 2019 2019/03/5326F9F6-6759-481A-B87A-0D596C451BFB_1552624719.jpeg

Türkiyənin Diyarbəkir-Elazığ yolu üstündəki plastik boşqab fabrikində yanğın baş verib.

Femida.az xəbər verir ki, hadisə zamanı fabrikdə olan 10 işçidən ikisi zəhərlənib.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər qısa zamanda yanğını söndürüblər. Zəhərlənən işçilər isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Yanğının səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 321