Yeni Zelandiyada iki məscidə hücum - 27 ölü, 30 yaralı


09:15     15 Mart 2019 2019/03/NZshooting-720_1552626762.jpg

Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məscidə silahlı hücum olub.

Femida.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, terror aktları nəticəsində 27 nəfər ölüb.

Məlumata görə, 1 nəfər saxlanılıb. Lakin, silahlı şəxslərin daha çox olduğu bildirilir.

Hadisənin baş verdiyi ərazilər nəzarətə götürülb. Hazırda polislər genişmiqyaslı əməliyyat keçirir.



***

TASS agentliyinin verdiyi məlumata görə, silahlılar Əl-Nur və Linvud Məscid məscidlərinə hücum ediblər. Ən az 30 yaralının olduğu deyilir.

Məlumata görə, iki məsciddə ümumilikdə 500-ə yaxın adam olub.

Açar sözlər:

Oxunub: 936