Turist axınının artması bu sahənin inkişafından xəbər verir - Baş nazir
13:01 15 Mart 2019
Azərbaycana turist axınının artması bu sahənin inkişafından xəbər verir.
Femida.az-ın məlumatına görə, bunu Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən deyib.
N.Məmmədov bildirib ki, ötən il Azərbaycanda səhiyyənin inkişafına, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müasir avadanlıqlarla təmin edilməsinə böyük diqqət ayrılıb, 47 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb.
Baş nazir turizm sahəsinin inkişaf etdiyini də diqqətə çatdırıb: "Ötən il ərzində Azərbaycana gələn xarici turistlərin sayının artaraq 2,8 miyon nəfərə çatması bu sahənin inkişaf etməsindən xəbər verir".
O, ötən il idmançılarımızın da böyük uğurlar qazandığını xatırladıb. 2018-ci ildə ölkəmizdə 58 beynəlxalq yarışın keçirildiyini diqqətə çatdıran Baş nazir idmançılarımızın 236 beynəlxalq turnirdə iştirak etdiyini, 263-ü qızıl olmaqla 753 medal qazandığını bildirib.
N.Məmmədov, həmçinin biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlərin aparıldığını qeyd edib. Azərbaycan “Doing Business” hesabatında 32 pillə irəliləyib, MDB dövlətləri arasında lider mövqeyə yüksəlib.
Baş nazir vurğulayıb ki, keçən il yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib: "Ötən il əsaslı təmir edilən, yeni çəkilən yollar 2000 kilometr olub. Ləki-Qəbələ dəmir yolunun artıq 14 kilometri çəkilib. Keçən il iki təyyarə alınıb”.
Oxunub: 424
Oxşar xəbərlər
- Turistlər övladlarını qatarda unutdu
- Turisti soyan keçmiş məhkumun məhkəməsi başlayır
- Turistləri daşıyan avtobus aşdı - 28 nəfər öldü
- Turist qadını maşında zorlayan polis məhkəmə qarşısında + VİDEO
- Turist qadın Bakıda zəhərləndi - Alkoqoldan
- Turistlər Azərbaycanda nağdsız ödənişləri 25 faiz artırıb
- Turistlərə fahişəlik xidməti göstərən azərbaycanlı qadınlar həbs edildi - VİDEO
- Turist dron uçurtdu, polis axtarışa başladı - Bakıda gərgin anlar
- Turistləri daşıyan avtobus aşdı: Azı 3 ölü, 51 yaralı
- Turist Qobustan qoruğunda yıxıldı - Xəstəxanaya yerləşdirildi