Bakıda 20 ton armatur oğurlandı


15:31     15 Mart 2019 2019/03/armatur_1552649540.jpg

Bakıda 20 ton armatur oğurlayan şəxslər saxlanılıb.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Bakı şəhər sakini V.Həsənova məxsus 20 ton armaturun oğurlanması ilə bağlı müraciət daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakinləri R.Sadıxov və İ.Kərimov tutulublar.

Femida.az

Açar sözlər:

Oxunub: 351