Yeni poçt markası dövriyyəyə buraxılıb


15:41     15 Mart 2019 2019/03/15526-1552649162_1552650148.jpg

“Azərmarka” MMC tərəfindən Çin təqvimi üzrə Donuz ilinə həsr olunmuş poçt bloku dövriyyəyə buraxılıb.

MMC-dən Femida.az-a verilən məlumata görə, poçt blokunun ölçüsü 105x75 millimetr, markanın ölçüsü isə 40.3x40.3 millimetr təşkil edir. Orijinal poçt blokunun tirajı 5 min nüsxədir.

Bu orijinal poçt bloku “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb və Belarus Respublikasının “Bobruysk Integrated Printing House” çap evində işiq üzü görüb.


Femida.az

Açar sözlər:

Oxunub: 367