Sumqayıtda dəhşətli QƏZA - Toya gedən qardaşlar öldülər

Sumqayıtda dəhşətli QƏZA - Toya gedən qardaşlar öldülər


19:41     15 Mart 2019 19_03_15_1552650670.jpg

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.

Hundai Elantra markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobili, Kamaz markalı 09 BL 969 nömrəli yük maşınına arxadan çırpılıb.

Nəticədə hadisə zamanı minik avtomobilində olan 2 qardaş - 1998-ci il təvəllüdlü Zakiyev Mahir Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu ölüblər.

Yaralılar 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003 – cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəzada dünyasını dəyişən qardaşlar rentakardan avtomobil kirayə götürərək Qubada toya gedirlərmiş. Ölən qardaşlardan biri Polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır. (Report)


***

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.


Hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2nəfər hadisə yerində ölüb. Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfərovdur. Digər ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Açar sözlər:

Oxunub: 1048