Avtomobillərdən silsilə oğurluq edən şəxs tutuldu


15:53     15 Mart 2019 avtomobil%20ogurlugu%20ogurluq.jpg

Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini Rafiq Tağıyev saxlanılıb. Araşdırma zamanı onun Xətai rayonu ərazisində 4 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonlarından pul, telefon və digər qiymətli əşyalar oğurladığı məlum olub. R.Tağıyevin ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın Nərimanov rayonunda da 10 avtomobildən oğurluq etdiyi müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və R.Tağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 530


Oxşar xəbərlər