Türklər Nargin adası haqqında film çəkir - FOTO


16:35     15 Mart 2019 2019/03/555x370-on-binlerce-turk-esirin-aci-duragi-nargin-adasi-1526726047281_1552653531.jpg

Birinci Dünya Müharibəsi ərəfəsində əsgər, qadın, yaşlı minlərlə türkün əsir saxlandığı Nargin adası haqqında film çəkilir.



Femida.az xəbər verir ki, "Cəhənnəm Adası Nargin" adlanan filmin çəkilişləri bu ilin iyun ayında başlayacaq. Filmdə Türkiyə və Azərbaycan aktyorları rol alacaq. Filmin məsləhətçiləri arasında həyatını Sarıkamış və Şərq Cəphəsində yaşanan hadisələri araşdıran cərrah Professor Bingür Sönmez ilə tarixçi Tufan Gündüz yer alıb.

Filmin kostyumlarını isə İngiltərə Kraliçası II. Elizabetin “Lady”lik ünvanı verdiyi, eyni zamanda Ledi Qaqa kimi bir çox tanınmış şəxslərin modelyeri olan Zeynep Kartal hazırlayacaq.

Qeyd edək ki, 1915-ci ildə ilində Şərqi Anadolu Bölgəsində başlayan Rus işğalı sırasında əsir alınan minlərlə Türk Rusyadakı esir düşərgələrinə aparılmışdı. Bu düşərgələr arasında Bakıdan bir neçə mil uzaqdakı Nargin adası ən başlıcası idi. 1915-1917-ci illərdə 20 mindən çox türkün əsir saxlandığı adada minlərlə Türk şəhid olmuşdu. Hələ də ümumi məzarların olduğu və Türk tarixinin acı səhifələrindən biri olan Nargin adasında yaşanan həqiqətləri əks etdirəcək filmin ssenarisi 6 aya yazılıb. Filmin ssenarisi Bülent Günal bu günə qədər üzə çıxmayan tarixi faktları da ssenariyə daxil dib.



“Cəhənnəm adası Nargin” adlı filmi Nargin adasındakı əsarət günlərini, azərbaycanlıların adadan əsir Türkleri qaçırmaq üçün etdikləri fədakarlıqları və eyni zamanda Türk və Azərbaycan dostluğunu gözlər önüne gətirəcək.

“Cəhənnəm adası Nargin” adlı filminin ssenarisi, Ərzurum Umudum kəndindən əsir alınıb Narginə götürülən 8 yaşındakı Mustafanın kolağası Halit Bəy ilə əsgərləri Mümin Çavuş, Iğdırlı Yusuf və Pəhlivan Hamza tərəfindən azad edilməsi üzərində qurulub. Yaşanan hadisələrdən ilham alınaraq bir ssenarist qrubu ilə yazılan filmdə Türk əsirlərini qurtarmaq üçün bütün sərvətini xərcləyən Hacı Zeynəlabidin Tağıyev önəmli yer tutur. Filmdəki gerçək xarakterlər arasında Nərman Nərmanov ve Ayşə sna kimi yardımsevər azerbaycanlılar da var. Film 2020-ci ildə tamaşaçıların ixtiyarına veriləcək.


Açar sözlər:

Oxunub: 2056