İranlılar Ermənistana getməkdən imtina edirlər

İranlılar Ermənistana getməkdən imtina edirlər


18:14     15 Mart 2019 19_03_15_1552653743.jpg

Novruz bayramı günlərində İrandan Ermənistana gedəcək turistlərin sayında azalma gözlənilir.


Femida.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, Baş nazir Nikol Paşinyanın Tehran səfəri zamanı İranla sərhədin bağlanması imkanı barədə verdiyini açıqlamasını unutmayıblar.

Bundan başqa, bəzi Ermənistan banklarının iranlılarla problemləri qeydə alınıb. Amma əsas səbəb kimi son zamanlarda İranla Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşması göstərilib. Nəticədə İran turistlərinin böyük hissəsi Ermənistandan Azərbaycana yönəlib. Bundan başqa, iranlılar Gürcüstana da səfər etməyə başlayıb.

Açar sözlər:

Oxunub: 194