Bakıdakı bu binaların istismarına icazə verildi
17:52 15 Mart 2019
Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrasına başlanılıb. Fərmanın icrasına uyğun olaraq, Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib.
Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev məlumat verib.
Onun sözlərinə görə, artıq bu gündən bu binalar rəsmi olaraq istismara qəbul olunub: “Uzun müddət idi ki, bu binalarda insanların yaşamasına baxmayaraq, mənzillər istismara qəbul olunmamışdı. Bu gün Azərbaycanda həmin binalardan 6-sı istismara verildi. Bu eyni zamanda sakinlər üçün şad xəbərdir. Hesab edirəm ki, bu bir hədiyyədir. Bu gün, ümumilikdə, 6 bina istismara verilir”.
F.Mustafayev bildirib ki, istismara verilən Səbail rayonu, Badamdar qəsəbəsində "İdea İnşaat MTK"ya məxsus çoxmənzilli yaşayış binasında 561 mənzil var: “Həmin mənzillərin 50 faizdən çoxu istifadədədir. Prezidentin fərmanının əsas predmeti odur ki, vətəndaşlar tərəfindən uzunmüddətli istismar olunan binalarda sənədləşmə prosesi tamamlanmalıdır. Çünki bu olmasa, insanlar öz zəhmətləri hesabına aldıqları mülkiyyətin hüquqi sahibi sayılmırlar. Prezident bu humanist addımla vətəndaşlara hədiyyə etdi”.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsində istismara verilən binanın sakinləri üçün səyyar xidmət göstərilib və mənzil sahiblərinə çıxarışlar təqdim olunub.
Femida.az
Oxunub: 728
Oxşar xəbərlər
- Bakıdakı yanğınla bağlı FHN məlumat yayıb
- Bakıdakı məktəblərin hamısı dezinfeksiya olunub
- Bakıdakı Qran-prinin vaxtı dəqiqləşdi
- Bakıdakı Müqəddəs Jen-Mironosits kilsəsi ilə bağlı videoçarx hazırlanıb
- Bakıdakı bu parkın 70 faizi meşə zonası olacaq
- Bakıdakı yəhudi sinaqoqunda şəhidlərin xatirəsi anıldı
- Bakıdakı poliklinikalar 7 günlük iş rejiminə keçib
- Bakıdakı aksiya ilə bağlı polisdən açıqlama: "Saxlanılan yoxdur"
- Bakıdakı videoproyeksiya İtaliyada böyük maraqla qarşılandı
- Bakıdakı daha bir Avropa çempionatı təxirə salındı