Deputatdan xəstəxanalarla bağlı təklif


17:02     15 Mart 2019 klinika.jpg

“Xəstəxanaların keyfiyyət standartları üzrə akkreditasiyadan keçirilməlisini, eləcə də xəstəxanalarda tibb xidmətlərin göstərilməsi üzrə standartların hazırlanmasını təklif edirəm”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.

R.Mahmudov qeyd edib ki, ixtisaslaşmış tibbi yardım və müalicə standartlarının hazırlanması vacibdir: “Həkimlərin və orta tibb personalının akkreditasiya qaydalarının hazırlanması, "Ailə həkimi haqqında" qanunun funksionallığının təmin edilməsi, peşəkar tibb cəmiyyətlərinin səlahiyyətləri ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavələrin edilməsi yaxşı olardı”. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 455