Qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:29 15 Mart 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir.
Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında martın 17-si gündüz qərb rayonlarından başlayaraq martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti martın 17-19-da arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Oxunub: 497
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qaradağda avtomobil yolu keçən kişini vurub
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qar yağacaq - XƏBƏRDARLIQ
- Qaradağlıda müharibə cinayətləri törətmiş 12 şəxs beynəlxalq axtarışa verilib
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qaradağ və Hacıqabulda su kəsiləcək
- Qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
- Qarabağ separatçılarından biri Rusiyada həbs edilib