Azərbaycanda iki vəzifəli şəxs həbs olundu - RƏSMİ
19:19 15 Mart 2019
Azərbaycanda iki vəzifəli şəxs həbs olunub.
Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluqdan Femida.az-a daxil olan birgə məlumatda bildirilir ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlərin məsuliyyət hissinin artırılmasına, vətəndaşların haqlı narazılığını doğuran korrupsiya və digər neqativ halların aradan qaldırılmasına xüsusi əhəmiyyət verilir.
Təkcə son zamanlar Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya ilə bağlı 9 hakimin səlahiyyətlərinə xitam verilib və yaxud tutduğu vəzifədən azad edilib.
Qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.
Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1327
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib