“Azərişıq” bayramda gücləndirilmiş rejimdə işləyəcək
19:55 15 Mart 2019
Novruz bayramı və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək mart ayının 19–dan 27-ə kimi “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.
Femida.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək.
"Texniki direktorluğa tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılacaq. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq. 199 saylı “Çağrı mərkəzi” 24 saat xidmət göstərəcək”, - deyə T.Mustafayev əlavə edib.
Femida.az
Oxunub: 438
Oxşar xəbərlər
- “Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb
- “Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açılıb
- “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub
- “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
- “Azərişıq” ASC-nin sabiq əməkdaşı həbs edilib
- “Azərişıq” ASC-nin əməkdaşlarını güllələyən şəxsə ağır cəza verilib
- “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
- “Azərişıq” sahibkarlara müraciət edib
- “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
- “Azərişıq” əməkdaşı Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub