Xaçmazda iş adamını öldürən şəxslərə 58 il cəza verildi


20:41     15 Mart 2019 hokm%20oxu2.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Femida.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Rüstəmovla F.Axverdiyev 20 il, Q.Kərimov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında V.Rüstəmovla Q.Kərimovun hər birinin 20 il, F.Axverdiyevin isə 18 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar.

Femida.az

Açar sözlər:

Oxunub: 469