Bakıda yanğın faciəsi - 2 nəfər yanaraq öldü

Bakıda yanğın faciəsi - 2 nəfər yanaraq öldü


09:34     16 Mart 2019 2019/03/yangin_ev_1552714623.jpg


Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #FHN   #yanğın   #Bakı  

Oxunub: 259