Qaçırdığı maşınla tutuldu
11:57 16 Mart 2019
Martın 15-də saat 2 radələrində Gəncə ŞBPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhərin Azərbaycan küçəsində yol hərəkəti qaydalarını pozduğu üçün “VAZ-2107” markalı avtomobil saxlanılıb.
DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, araşdırmalarla sürücünün Gəncə şəhər sakini, əvvəllər talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə və xuliqanlığa görə məhkum olunmuş E.Zülfüqarov olması, idarə etdiyi avtomobili isə həmin gün saat 1 radələrində H.Əliyev prospektindən qaçırması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən avtomobilin sahibi, Gəncə şəhər sakini A.Mehdiyev Kəpəz Rayon Polis İdarəsinə dəvət edilib. O, ərizəsində avtomobilinin qaçırılmasını bildirib. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 411
Oxşar xəbərlər
- Qaçırdığı maşınla qəza törətdi
- Qaçırdığı avtomobillə qəza törətdi
- Qaçırdığı maşınla birgə saxlanıldı
- Qaçırdığı maşınla ölkəni tərk etmək istəyirdi - Sərhəddə tutuldu
- Qaçırdığı maşınla qəza törətdi
- Qaçırdığı avtomobillə piyadanı öldürən şəxsə hökm oxundu
- Qaçırdığı maşınla tutuldu
- Qaçırdığı maşını hasara çırpdı
- Qaçırdığı maşınla qəza törətdi
- Qaçırdığı avtomobildə nişanlısı ilə görüşdü - Bakıda kuryoz oğurluq