Azərbaycanda dizel yanacağı istehsalı artıb


12:17     16 Mart 2019 benzin_0125.jpg

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 461,1 mln. manat dəyərində neft məhsulları istehsal edilib.



Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,2% çoxdur.

Hesabat dövründə 199,9 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu məhsulunun istehsalında 4,6% azalma qeydə alınıb. Bu il martın 1-i tarixinə ölkədə 78,4 min ton həcmində avtomobil benzini ehtiyatı olub.

Bu ilin iki ayı ərzində 339,4 min ton dizel yanacağı, 53,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 103,5 min ton ağ neft istehsal edilib. Dizel yanacağının istehsalı 3,4%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 43,6%, ağ neft istehsalı 16,7% artıb.

Hesabat dövründə 9,7 min ton yanacaq mazutu, 2,4 min ton sürtkü yağları, 24,3 min ton neft bitumu, 40 min ton neft koksu istehsal edilib ki, yanacaq mazutunun istehsalında 21,8%, sürtkü yağlarının istehsalında 4%, neft bitumunun istehsalında 33,2%, neft koksunun istehsalında 1,2% azalma qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 475