Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu
12:26 16 Mart 2019
Qaradağ rayonun Lökbatan qəsəbəsində Novruz bayramı ərəfəsində növbəti dəfə təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına mal, qoyun və quş əti, süd və süd məhsulları, yumurta, bal, alma, armud, qoz, fındıq və şabalıd, soğan, kartof, həmçinin buğda, arpa, qarğıdalı, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb.
Femida.az xəbər verir ki, satış-yarmarkada yerli məhsullar alıcılara bazar qiymətindən 10-20 faiz ucuz təklif olunub.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarkanın məqsədi bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının dolğun ödənilməsi, süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaradılması olub. Alıcılar yarmarkadakı qiymətlərdən razı qaldıqlarını bildiriblər.
Satış-yarmarka Novruz bayramına qədər hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək.
Oxunub: 667
Oxşar xəbərlər
- Novruz tətili günlərində yol qəzalarında 16 nəfər ölüb
- Novruz bayramında 9 gün iş olmayacaq
- Novruzda əfv olacaqmı?
- Novruz bayramında bir həftə iş olmayacaq
- Novruz Məmmədov ADU-nun kollektivinə təqdim olunub
- Novruz Məmmədova yeni vəzifə verildi - RƏSMİ
- Novruz Məmmədovdan son əmr: Bu şəxslərin maaşları artırıldı
- Novruz Məmmədov DANIŞDI: “Hər şey artıq deyilib”
- Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı
- Novruz Məmmədov “Şərəf Legionu” ordeni ilə təltif edildi - FOTOLAR