Üç qurum birgə əməliyyat keçirdi - DİN, DTX və DSX əməkdaşları...


12:46     16 Mart 2019 din%20daxili.jpg

Daxil olmuş məlumat əsasında Cəlilabad Rayon Polis Şöbəsi, DTX-nin rayon şöbəsi və DSX-nin Göytəpə sərhəd dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kənd sakini Ə.Baxşiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil şəhər ərazisində saxlanılıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, nəqliyyat vasitəsinin salonundan çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülüb.

Davam etydirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 519