Ermənistana keçən şəxs ruhi xəstədir - DSX-dən AÇIQLAMA


13:39     16 Mart 2019 19_03_16_1552729253.jpg


Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxla­nılması ba­rədə məlumat yayılıb.


Bu məlumatla əlaqədar Azərbaycan Dövlət Sərhəd Xidmətindən Femida.az-a bildirilib ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­ıb, həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İb­ra­himov Elvin Arif oğlu olması müəyyən olunub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.

Hazırda araşdırma işləri davam edir.

Femida.az

Açar sözlər: #Ermənistan   #DSX  

Oxunub: 912