Sumqayıtda evi yanan ailə günlərdir küçələrdə qalır
16:17 16 Mart 2019
Sumqayıtda "Betonzavod” yaşayış massivində yanğın nəticəsində ev və əşyalar tamamıilə yararsız hala düşüb. Hadisənin üzərindən bir müddət keçməsinə baxmayaraq yanğın baş verən evdə yaşayan ailə küçələrdə qalmağa məcbur olub.
Bu barədə ev sahibi Əfqan Ağayev Unikal.org-a müraciət edib. Ə.Ağayevin sözlərinə görə, lazımi qurumlara müraciət etsə də, onların evlə bağlı problemi həll olunmayib:
"Hazırda çox acınacaqlı vəziyyətdəyik. Anam, atam, yoldaşım və 3 övladımla küçələrdə qalmışıq. Lazımi qurumlara, bələdiyyəyə və FHN-ə müraciət etsək də, küçələrdə qalmağımıza çarə tapılmır. Fövqaladə Hallar Nazirliyi bir qərar çıxarıb, bir kağız verib, vəssalam. Böyük qızım 9 yaşındadır, günlərdir məktəbə gedə bilmir. Çünki paltarları, dəftər-kitabı yanıb. Eləcə də 5 yaşlı oğlum bağçaya gedə bilmir. Digər qızım isə hələ körpədir. 2 yaşı yoxdur. Bizimlə maraqlanmırlar, bu soyuqda harada və hansı vəziyyətdəyik".
Femida.az
Oxunub: 471
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb
- Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb