Abşeronda əhaliyə pulsuz hüquqi yardım göstərildi


16:25     16 Mart 2019 2019/03/fd_1552730038.jpg


Vəkillər Kollegiyası hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinə davam edir.


Femida.az xəbər verir ki, martın 16-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə, Abşeron rayon Vəkil Bürosu tərəfindən Abşeron rayonu, Novxanı kəndində ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

Novxanı bələdiyyəsinin inzibati binasında vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının üzvləri 20-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #hüquq   #vəkil   #VK  

Oxunub: 1491