Prezident Administrasiyasının məsul işçiləri Bərdədə vətəndaşlarla görüşüb


14:50     16 Mart 2019 1377755908_berde-rayonu.jpg

Prezident Administrasiyasının (PA) məsul işçiləri Bərdə rayonunda vətəndaşlarla görüşüblər.


Görüşdə 139 nəfər iştirak edib.

PA-nın müxtəlif şöbələrinin təmsilçiləri vətəndaşların problemlərini dinləyib və qeyd olunan məsələlərin həlli üçün adiyyəti qurumlara tapşırıqlar veriblər.

Görüşə gələn sakinlərin və məcburi köçkünlərin əsasən, problemli mənzil, kreditlər, iş problemləri, Qarabağ əlillərinin mənzillə təmin olunması və müalicəsi, torpaq və başqa problemlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 363