Qadınları zorla fahişəliyə cəlb etdi - Biri intihara əl atdı


16:48     16 Mart 2019 19_03_16_1552730307.jpg


Şamaxı rayonunda qadınları fahişəliyə cəlb etməkdə və digər cinayətlərdə ittiham olunan Elnarə Əzizova həbs edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Elnarə Əzizova başqasına məxsus mülkdə qanunsuz olaraq əxlaqsızlıq yuvası təşkil edib. O, həmin evdə qadınları fahişəliyə cəlb edib. Fahişəlik etməkdən boyun qaçıranları soyuq silahla hədələyib. Elnarə Əzizovanın bu qanunsuz əməlindən təngə gələn bir qadın intihar edib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Elnarə Əzizova həbs edilib.

İstintaq orqanı tərəfindən Elnarə Əzizovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Şamaxı rayon Məhkəməsinə təqdimat göndərilib. Hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanını təqdimatı təmin olunub.

Elnarə Əzizovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda bu cinayət işi üzrə ibtidai istintaq davam edir. (teleqraf.com)

Femida.az

Açar sözlər:

Oxunub: 687