“Nardaran işi”nə görə həbs edilənlər azadlığa çıxırlar


18:51     16 Mart 2019 19_03_16_1552747929.jpg

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə “Nardaran hadisələri”nə görə həbs edilənlərdən azadlığa buraxılanlar da var.

Femida.az -ın verdiyi xəbərə görə, onların sırasında Zülfüqar Mikayılov 17 il, Rasim Cəbrayılov 17 il, Elçin Qasımov 15 il, Ruzi İsmayılov 15 il, Elman Ağayev 13 il, Ramil Əliyev, Seymur Aslanov, Elxan Həsənov, Əli Hüseynovun hər biri 12 il 3 ay, Elvin Bünyadov 6 il 1 ay 15 gün, Lətif Əhmədov 5 il 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

Dövlət başçısı onları əfv edərək azadlığa buraxıb.

Açar sözlər:

Oxunub: 341


Oxşar xəbərlər