Parisdə amansız toqquşmalar: xeyli sayda xəsarət alan var


19:50     16 Mart 2019 19_03_16_1552749963.jpg

Parisdə “sarı jiletlər”in etiraz aksiyaları zamanı bank binası yandırılıb.

BFMTV telekanalı xəbər verir ki, bank binasına etirazçılar od vurublar.

Bildirilir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan ikisi polis əməkdaşıdır.

Qeyd edək ki, bu gün Fransa paytaxtında “sarı jiletlər”in sayca 18-ci aksiyası keçirilir. Aksiyada yeddi mindən çox adam iştirak edir. Fransa daxili işlər naziri Kristof Kastaner bildirib ki, aksiyaya qatılanlardan 1500 nəfər iğtişaşlara meyilli insanlardır.

Açar sözlər:

Oxunub: 391